Cənubi Koreya yeni tank əleyhinə raket kompleksinin sınaqlarını bitirib

Cənubi Koreyanın “LİG Nex1” şirkəti “Hyeoungung” idarə olunan tank əleyhinə raket kompleksinin sınaqlarını yekunlaşdırıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Cənubi Koreyanın Müdafiə Satınalmaları İdarəsi (DAPA) məlumat yayıb.

Qurumun iyun ayının 1-də yaydığı məlumatda raket kompleksinin seriyalı istehsala hazır olduğu qeyd olunub.

“Hyeongung” raketi “Javelin” və “Spike” konsepsiyasına əsaslanır. Raketdə avtomatik tuşlanan infraqırmızı başlıq tətbiq edilib.Raket “at-unut” prinsipi ilə çalışır.

Bundan başqa, raketdə rəqəmsal TV kamera yer alır və bu da öz növbəsində operativliyi yüksəltməyə imkan verir.

“Hyeoungung” idarə olunan tank əleyhinə raket kompleksinin döyüş vəziyyətində çəkisi 24 kq, effektiv atış uzaqlığı 2400 metrdir. Raket iki rejimdə buraxıla bilər – düzünə və asma. Axırıncı vəziyyətdə o hədəfi yuxarıdan vurur.

KATEQORIYA:
Bu xəbəri paylaş