Cənubi Koreya yeni zenit-raket kompleksi yaradıb

Cənubi Koreyanın LIG Nex1 şirkəti Hərbi Dəniz Qüvvələri üçün kiçik və orta mənzilli yeni zenit-raket kompleksinin nümunəsini nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, “Korean Surface-to-Air Anti-Missile” (K-SAAM) adlanan kompleksin yaradılmasına 2011-ci ildən başlanılıb. 2013-cü ildən isə sınaq testlərinə başlanılıb. Bu günə kimi ZRK-nın 22 sınağı keçirilib. Əlavə olaraq, daha 10 sınağın keçirilməsi nəzərdə tutulur.

Kompleksin 2017-ci ildə silahlanmaya alınacağı nəzərdə tutulub. 2018-ci ildən isə seriyalı istehsalına başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, K-SAAM kompleksinin uzunluğu 2,07 m-dir. Atəş məsafəsinin uzunluğu isə 12-20 km arasıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş