Cənubi Koreyada Müdafiə Sənayesi İnnovasiya Təsisatı adlı qurum yaradılır

Cənubi Koreya 2017-ci ildə müdafiə sahəsində olan layihələrə üstünlük veriləcəyini bəyan edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Müdafiə Təminatı Proqramı Administrasiyası (DAPA) və Müdafiə Məhsulları Agentliyi (ADD) icra etdiyi 170-dən çox layihənin üzərindəki işləri 2017-ci ildə sürətləndirəcək.

Layihələr arasında raket əleyhinə müdafiə sistemləri, radardan gizlənmə texnologiyaları, mini pilotsuz uçuş aparatları (PUA) üçün lazer silahları, PUA sistemləri və yeni rabitə texnologiyaları yer alır.

Nazirlik həmçinin, özəl sektorun hərbi təminat proqramlarına investisiyalarını dəstəkləmək məqsədilə bir Müdafiə Sənayesi İnnovasiya Təsisatı yaratmağı da planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş