Ceradyne döyüşçüləri MOHAWK ilə qoruyacaq

“Ceradyne” və “Threat4” şirkəti ilə birgə Modular Hard Wired Kitted (MOHAWK) adlı yeni dəbilqə və baş qoruma konsepsiyasını təqdim edib. Bu barədə “AzeriDefence” “Ceradyne” şirkətinin saytına istinadən məlumat verib.

Dəbilqə radio və taktik qulaqcıqla təchiz olunub və yüksək səviyyədə qulaqların qorunmasını həyata keçirir. Dəbilqə “Ceradyne” şirkətin istehsalı olan tikişsiz ballistik texnologiyanı və boltsuz dizaynı özündə birləşdirir.

Dəbilqə əsgəri kiçik qəlpələrdən və tüfəng güllələrindən qorunmanı təmin edir.Hazırlanmada çoxqatlı laminasıyadan istifadə edilib ki, bu da qorumanı artırıb. Eyni zamanda boltsuz texnologiya daxili narahatlığı aradan qaldırır. Dəbilqə həmçinin çoxfunksiyalı mərkəzi modulyar şin sistemi ilə inteqrasiya edilib ki, bu da ona müxtəlif universal dəbilqə aksessuarları taxmağa imkan verir. Bura “Threat4” firmasının istehsalı olan X-62000 seriya qulaqlıqlar, İFF sistemi, gecə görüntü üçün eynəklər, LED fənər daxildir. Bu sistemlərin qidalanması arxa hissədə quraşdırılan batareya vasitəsi ilə gerçəkləşir.

KATEQORIYA:
Bu xəbəri paylaş