Çex Ordusu yerli şirkətdən 92 milyon dollar dəyərində silah alacaq

Çex Ordusu yerli şirkətdən 92 milyon dollar dəyərində silah alacaq

Çexiyanın Müdafiə Nazirliyi “Ceska Zbrojovka” şirkəti ilə atıcı silahların satın alınmasına dair 92 milyon ABŞ dolları (2.35 milyard Çex kronu) dəyərində müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” “Ceska Zbrojovka” şirkətinə istinadən məlumat verib.

Müqvilə çərçivəsində Çexiya Silahlı Qüvvələri 2025-ci ilə qədər 39 min ədəd müxtəlif atıcı silah, o cümlədən 16 min ədəd BREN 2 avtomatı, 21 min ədəd 9×19 mm CZ P-10 tapança, təxminən 1600 ədəd CZ 805 G1 lüləaltı qumbaraatan, 100 ədəd CZ SCORPION PDWstapança-pulemyot, habelə təlim sursatları əldə edəcək.

Bundan əvvəl – 2010-2016-cı illərdə Çexiya Silahlı Qüvvələri “Ceska Zbrojovka” şirkətindən 40 min ədəd atıcı silah satın alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş