Çexiya 10 yeni helikopter almaq niyyətindədir

Çexiya Müdafiə Nazirliyi silahlı qüvvələrinə 10 yeni helikopter alınıması üçün 12 milyard kron (480 milyon dollar) ayırmağı planlaşdırır.

“AzeriDefence”in “Defense News” saytına istinadən verdiyi məlumata görə, Çexiya Müdafiə Nazirliyi əvvəlcə satınalmaya 6 milyard kron xərcləməyi planlaşdırsa da hazırda sazişin dəyərini ikiqat artırmaq təklifinə baxır.

İki Amerika və iki Avropa şirkəti Çexiya Silahlı Qüvvələrinin elan etdiyi tenderə qatılıb. Çexiya tenderinə “Sikorsky” UH – 60 Black Hawk, “Airbus Helicopters” H145M, “Bell Helicopters” UH-1Y, “Leonardo” isə AW139 helikopterini təklif edir.

Yeni helikopterlərin alınması Çexiya silahlı Qüvvələrinin texnika parkında yer alan köhnəlmiş Sovet nəqliyyat helikopterlərinin əvəz edilməsinə imkan yaradacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş