Çexiya Amerikadan UH-1Y çoxməqsədli helikopterlər alır

Çexiya Müdafiə Nazirliyi ABŞ-dan “Bell Helicopter” şirkətinin istehsalı olan UH-1Y “Venom” çoxməqsədli helikopterlər alacaq.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Bildirilib ki, satışın təxmini dəyəri 575 milyon ABŞ dolları təşkil edir. Bu məbləğə “Bell Helicopter” şirkəti Çexiya Hərbi Hava Qüvvələrini 12 ədəd UH-1Y “Venom” çoxməqsədli helikopterlərlə təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl Çexiya Müdafiə Nazirliyinin elan etdiyi tenderə iki Amerika və iki Avropa şirkəti qatılmışdı. Çexiya tenderinə “Sikorsky” UH – 60 Black Hawk, “Airbus Helicopter” H145M, “Bell Helicopter” UH-1Y, “Leonardo” isə AW139 helikopterini təklif edirdi.

UH-1Y çoxməqsədli helikopterlər Çexiya Silahlı Qüvvələrinin texnika parkında yer alan köhnəlmiş Sovet helikopterlərini əvəz edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş