Çexiya aviasiya parkını ABŞ helikopterləri ilə gücləndirir

Çexiya aviasiya parkını ABŞ helikopterləri ilə gücləndirir

ABŞ ilə Çexiya arasında 12 ədəd H-1 tipli hərbi helikopterin tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə Azeri Defence saytı “Janes” nəşrinə istinadən məlumat verib.

Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsinəd həyata keçiriləcək müqaviləyə əsasən ABŞ Çexiya Silahlı Qüvvələrinə “Bell Helicopter” şirkətinin istehsalı olan 8 ədəd UH-1Y “Venom” çoxməqsədli helikopteri və 4 ədəd AH-1Z “Viper” hücum helikopteri çatdıracaq.

Müqavilənin dəyəri 14,6 milyard CZK (660 milyon ABŞ dolları) təşkil edir. UH-1Y “Venom” və AH-1Z “Viper” helikopterlərinin 2023-cü ilin noyabr ayına qədər sifarişçiyə təhvil verilməsi planlaşdırırılıb.

UH-1Y “Venom” və AH-1Z “Viper” helikopterləri Çexiya Silahlı Qüvvələrinin texnika parkında yer alan köhnəlmiş sovet helikopterlərini əvəz edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş