Çexiya Ordusu yeni zirehli transportyorlarla təmin olunacaq

Çexiya hökuməti “Tatra Defence Industrial” şirkəti ilə 82 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqavilə çərçivəsində “Tatra Defence Industrial” şirkəti Çexiya Ordusunu 20 ədəd 8×8 təkər formuluna malik zirehli transportyorla təmin edəcək.

Çexiya ordusunun tələblərinə əsasən xüsusi olaraq konfiqurasiya ediləcək “Steyr Pandur II” zirehli maşınlar hazırda “Pandur” parkında olan maşınların sayını 107-dən 127-ə çatdıracaq.

Məlumatda o da qeyd olunub ki, müqavilə çərçivəsində istehsal olunacaq zirehli maşınların 6 ədədi komanda-nəzarət platforması olaraq, 14 ədədi isə xəbərləşmə xidmətlərində istifadə edilmək üçün konfiqurasiya ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş