Çexiya sovet-rus hərbi texnikasından imtina edir: Yeni döyüş maşınları alınır  

Ordunun texnika parkı gücləndirilir   

Çexiya Silahlı Qüvvələri 200 ədəd piyadanın döyüş maşını almaqla texnika parkını yeniləmək istəyir.

“AzeriDefence”nin “janes.com”a istinadən verdiyi məlumatına görə, Çexiyanın Müdafiə Nazirliyi texnika parkının yenilənməsi məqsədilə tender elan etməyi planlaşdırır.

Tenderin 1,9 milyard ABŞ dolları dəyərində olacağı qeyd olunub. Çexiya bu məbləğə ordunun silahlanmasında olan piyadanın döyüş maşınlarını (PDM) yeniləməyi nəzərdə tutub.

Yerli və xarici zirehli texnika istehsalçı şirkətlərinin dəvət olunacağı tender 2017-ci ilin ortalarında keçiriləcək.

Qalib olacaq istehsalçı şirkət Çexiya Ordusunun PDM parkını yeniləməyi öz üzərinə götürəcək. Texnikaların çatdırılmasına 2020-ci ildən başlanılacaq.

Məlumatda o da qeyd olunub ki, Çexiya Ordusu 1980-cı illərin əvvəllərindən texnika parkındakı sovet istehsalı olan 200 PDM-2-ləri (BMP-2) başqa məhsullarla əvəzləməyi qərarlaşdırıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş