Ceyms Appaturay: NATO ilə Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyəti durmadan artır

NATO ilə Azərbaycan arasında münasibətlərin qurulması 25 il bundan əvvələ təsadüf edir və bu əməkdaşlığın əhəmiyyəti indiyə qədər durmadan artır.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə NATO-nun baş katibi adından ünvanladığı təbrik məktubunda bildirib.

“Biz sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu, xüsusən də Sizin keçən ilin sonunda NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan sülhməramlılarının sayının artırılması barədə verdiyiniz qərarı yüksək qiymətləndiririk. Həmçinin Sizin Şimali Atlantika Alyansı ilə Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” çərçivəsində dinamik siyasi dialoq və praktiki əməkdaşlıq istiqamətində fəaliyyətinizi alqışlayırıq”, – deyə C.Appaturay vurğulayıb.

C.Appaturay bildirib ki, NATO baş katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi kimi, qarşıdan gələn illərdə də Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı və dialoqu daha da inkişaf etdirmək niyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş