CH-5 PUA-nın dəniz versiyası ilk uçuş sınaqlarını keçirib

CH-5 PUA-nın dəniz versiyası ilk uçuş sınaqlarını keçirib

Çinin CH-5 pilotsuz uçuş aparatının (PUA) dəniz versiyası ilk uçuş sınaqlarını keçirib.

“AzeriDefence”nin “Globaltimes”a istinadən verdiyi məlumata görə, bu barədə CH UAV şirkəti məlumat yayıb.

“China Aerospace Science and Technology Corporation” (CASC) şirkətinə daxil olan CH UAV şirkəti tərəfindən istehal olunan CH-5 PUA-nın dəniz konfiqurasiyasının ilk uçuş sınaqlarının uğurla nəticələndiyi deyilib.

Orta hündürlük və uzaq məsafə (MALE) sinifinə məxsus CH-5 PUA elektro-optik və radar sistemləri daxil olmaqla müxtəlif faydalı yüklərlə təchiz edilə bilir.

CH-5 standart versiyası ilə müqayisədə dəniz konfiqurasiyası yüksək temperatura, rütubətli və dumanlı hava şərtlərinə uyğunlaşdırılıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, CH-5 PUA-nın standart versiyası avtomatik uçuş idarəetmə sisteminə malikdir.  Kəşfiyyat-müşahidə və zərbə xarakterli standart CH-5 PUA-nın maksimum havada qalma müddəti 35 saat, maksimum sürəti 300 km/saat, maksimum uçuş çəkisi 3300 kiloqram təşkil edir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş