“Chinook” helikopteri sifarişçiyə təhvil verilib – FOTOLAR

“Boeing” şirkətinin Türkiyə Silahlı Qüvvələri üçün istehsal eydiyi CH-47F “Chinook” helikopterin sifarişçiyə təhvil verilməsinə başlanılıb.

Bu barədə “AzeriDefence” “Savunma və Teknoloji” saytına istinadən məlumat verib.

Türkiyə Silahlı Qüvvələrin ağır nəqliyyat helikopter ehtiyaclarını ödəmək üçün “Boeing” şirkətinə sifariş etdiyi 11 ədəd CH-47F “Chinook” helikopterin 6-sı təhvil alınıb.

Qalan 5 helikopterin isə 2018-ci ilin sonlarında inventara daxil edilməsi planlaşdırılıb.

“Chinook” helikopterlərinin Türkiyə Ordusunda təlim uçuşlarına da başlanılıb.

Məlumatda o da qeyd olunub ki, CH-47F-lər xüsusilə Türkiyənin cənub-şərq bölgələrində ağır yüklərin nəql edilməsində istifadə ediləcək.

“Chinook” helikopterləri 55 tam təchizatlı əsgər və ya 22 xərək daşımaq qabliyyətindədir. CH-47F “Chinook” helikopterin maksimum sürəti saatda 315 km təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş