Çili F-16 döyüş təyyarələrini modernləşdirəcək

Çili F-16 döyüş təyyarələrini modernləşdirəcək

ABŞ Dövlət Departamenti Çilinin F-16 döyüş təyyarələrinin modernləşdirilməsi üçün avadanlıq və əlaqədar xidmətlərə dair satış müqaviləsinə razılıq verib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə istinadən məlumat verib.

Xarici Hərbi Satış çərçivəsində Çiliyə tədarük ediləcək F-16 döyüş təyyarəsinin avadanlıqları və əlaqədar xidmətlərin təxmini dəyəri 634,70 milyon ABŞ dolları təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş