
Çin Əlcəzairə HJ-12 TƏİR kompleksləri ixrac edib
Çin Əlcəzairə HJ-12 “Red Arrow” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri ixrac edib.
Bu barədə Azeri Defence saytı “Armyrecognition”a istinadən məlumat verib.
Məlumatda bildirilib ki, üçüncü nəsil TƏİR kompleksi hesab edilən HJ-12 “Red Arrow” Əlcəzair Müdafiə Nazirliyinə təhvil verilib.
Əlcəzair Silahlı Qüvvələrinin invertarına daxil edilən HJ-12 “Red Arrow” TƏİR kompleksinin sayı barədə açıqlama verilməyib.
Tandem döyüş başlıqlı raketlə komplektləşdirilən HJ-12 “Red Arrow” 1100 mm-lik zirehi dəlmək qabiliyyətinə malikdir. TƏİR kompleksinin atış uzaqlığı 4000 metr təşkil edir.
KATEQORIYA: Xəbərlər