Çin AR500C pilotsuz helikopterin ilk uçuş sınaqlarını keçirib

Çin AR500C pilotsuz helikopterin ilk uçuş sınaqlarını keçirib

Çinin plato bölgələrində istifadə üçün hazırlanan AR500C tipli pilotsuz helikopter ilk uçuşunu həyata keçirib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkəti məlumat yayıb.

AVIC mütəxəssislərinin sözlərinə görə, Jiangxi əyalətində təxminən 20 dəqiqə uçuş edən çoxməqsədli AR500C pilotsuz helikopterin ilk sınaqları uğurla nəticələnib.

AR500B əsasında hazırlanan AR500C PUA-nın maksimum uçuş çəkisi 500 kq, uçuş hündürlüyü 5000 metr təşkil edir. Havada qalma müddəti 5 saat, maksimum uçuş sürəti 170 km/saatdır.

KATEQORIYA:
Bu xəbəri paylaş