Çin Azərbaycan Ordusuna 3 milyon yuan dəyərində təmənnasız əmlak yardımı edib

Çin Xalq Respublikası 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə 3 milyon Çin yuanı dəyərində təmənnasız hərbi əmlak yardımı göstərib.

“AzeriDefence”nin məlumatına görə, yardım Azərbaycan Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında 2013-cü ilin yanvar ayının 21-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş” çərçivəsində göstərilib.

Təmənnasız əmlak yardımında manqa üçün müxtəlif növ qış və yay çadırları, tibb çadırları, 10 ədəd rezin qayıq və 24 ədəd RAFT-A-10 xilasetmə salları yer alıb.

Qeyd edək ki, Çin bundan əvvəlki illərdə də Azərbaycana 3 milyon yuan dəyərində təmənnasız hərbi əmlak yardımları edib.

KATEQORIYA:
Bu xəbəri paylaş