Pekin ballistik raketin təlimini “elmi-tədqiqat sınağı” adlandırıb

Çində yeni yaradılan DF-5C qitələrarası ballistik raketin təlimləri keçirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaq atışları Tayyuan kosmodromundan həyata keçirilib.

Sınaq zamanı 10 döyüş blokundan açılan atəş nəticəsində Qərbi Çindəki Takla-Makan səhrasındakı şərti hədəflər məhv edilib.

Çinin Müdafiə Nazirliyi təlimləri adi elmi-tədqiqat sınağı kimi təqdim edib.

Nazirlik deyib ki, bu heç bir dövlətə qarşı deyil və adi elmi-tədqiqat olaraq dəyərləndirilməlidir.

Sınaqlardan bəlli olur ki, Çin nüvə başlığı daşıya bilən strateji raket sistemlərinin yaradılması prosesini genişləndirməkdə davam edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş