Çin beşinci nəsl qırcısını silahlanmaya daxil etməyə tələsmir

Çin Xalq Respublikası J-20 qrırıcı təyyarəsini bu il silahlanmaya daxil etməyəcək. “Azeridefence”nin məlumatına görə, Çin Hərbi Hava Qüvvələrindən (HHQ) bildirilib ki, beşinci nəsl qırıcısı sayılan J-20-nin nəzərdə tutulan vaxtdan daha tez silahlanmaya qəbulu nəzərdə tutulub.
Çin HHQ-nin general-leytenantı Qao Şouveyi yerli mətbuata açıqlamasında isə deyib ki, təyyarənin sınaqları 2012-ci ildə də davam etdiriləcək. Bu səbəbdən də J-20-nin silahlanmaya qəbul olunması prosesi müyyən vaxta qədər dayandırılıb.
Qeyd edək ki, J-20 Çinin “Chengdu Aircraft Industry Group” şirkəti məhsuludur. Təyyarənin ilk uçuçu 2011-ci il yanvarın 11-də həyata keçirilib və böyük diqqət cəlb edib.

KATEQORIYA:
Bu xəbəri paylaş