Çin çoxtəyinatlı helikopter istehsal etdi

Çinin çoxtəyinatlı Z-11WB helikopteri ilk uçuşunu həyata keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, helikopter Çinin AVIC şirkəti tərəfindən istehsal edilib.

Bu, yeni yüngül helikopter AC311 analoqunun bazasında yaradılıb. Helikopter “Turbomeca Arriel 2B1A” mühərriki ilə təchiz olunub.

Helikopter döyüş aparılan ərazidə kəşfiyyat, müşahidə və xilasetmə xidmətinin aparılması üçün nəzərdə tutulub.

Sınaq testlərindən sonra Z-11WB silahlanmaya alınacaq.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş