Çin desant gəmilərinin sayını çoxaldır

Çinin 071 layihəli yeni desant gəmisi sınaq testlərinə başlaq üçün dənizə endirib.

“AzeriDefence”nin xarici mediaya istrinadən verdiyi məlumata görə, yerli mediya artıq 071 layihəli “Yimeng Shan” gəmisinin şəkillərini də yayıb.

Gəminin bu ilin dekabrında silahlanmaya daxil ediləcəyi gözlənilir.

Helikopter də daşıya biləcək bu desant gəmisi Şanxayda fəaliyyət göstərən “Hudong-Zhonghua Shipyard” şirkəti tərəfindən tikilib.

Məlumatda o da qeyd olunub ki, bu layihəli gəmilərin hər biri Z-8F helikopterlərindən dördünü, o cümlədən iki desant kateri daşımaq imkanına malikdir.

Buna qədər artıq adıçəkilən şirkət 3 bu layihəli desant gəmisini tikərək, Çin Ordusunun silahlanmasına təhvil verib.

KATEQORIYA:
Bu xəbəri paylaş