Çin dünya müdafiə sənayesi məhsullarını “kopiya”lamaqda davam edir

Çin Rusiya istehsalı olan Su-34-ün bazasında yeni döyüş təyyarəsi hazırlamağa başlayıb.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, həm xarici görünüşünə, həm də texniki xüsusiyyətlərinə görə, J-18 adlanacaq Çin təyyarəsi rus konstruktorlarının məhsulu olan Su-34-ün bənzəridir.

Rusiyalı mütəxəssislər iddia edir ki, təyyarənin silah arsenalı da Su-34-lə eynilik təşkil edir.

Hətta ABŞ hərbi jurnalı “Defense Review” də rusiyalı konstruktorların fikirlərini təsdiqləyərək, Çinin artıq bu məsələdə son mərhələdə olduğuna dair məlumat da dərc edib.

KATEQORIYA:
Bu xəbəri paylaş