Çin Ermənistana 1.5 milyon ABŞ dolları hərbi yardım göstərəcək

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Çin Xalq Respublikasına səfəri çərçivəsində həmkarı Çan Vantsyuanla görüşüb.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 4-də Ermənistanın müdafiə naziri Çinli həmkarı ilə görüşdən sonra tərəflər rəsmi danışıqlardan razılığa gəliblər. Belə ki, danışıqlara əsasən Çin Ermənistana 1.5 milyon ABŞ dolları hərbi yardım göstərəcək.

Hərbi əməkdaşlıq sahəsində razılığa gəldikdən sonra, Ermənistan müdafiə naziri Vigen Sarkisyan Çin ali hərbi məktbələrində tədris keyfiyyətini yüksək qiymətləndirirək, birgə hərbi əməkdaşlıq çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin Çin hərbi məktəblərində təhsil alacaqlarını da bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş