Çin hərbi aviasiya parkını gücləndirir

Çin hərbi aviasiya parkını gücləndirir

Çoxməqsədli Z-20 hərbi helikopterlərin növbəti partiyası Çin Xalq Qurtuluş Ordusunun aviasiya parkına qəbul edilib.

Bu barədə “AzeriDefence” “China-defense”ə istinadən məlumat verib.

Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkəti tərəfindən 2018-ci ildə seriyalı istehsalına başlanılan Z-20 hərbi helikopterlərinin ilk partiyası 2019-cu ildə ordunun silahlanmasına verilib.

Z-20 helikopteri təxminən 10 ton çəkiyə malikdir və ABŞ-ın “Sikorsky” şirkətinin istehsalı olan UH-60 “Black Hawk” helikopterinin klonu sayılır.

Qeyd edək ki, Z-20 helikopteri ilk dəfə 2019-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Pekində təşkil olunmuş hərbi paradda geniş ictimaiyyətə təqdim olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş