Çin hərbçiləri ABŞ təyyarəsinə lazer silahdan atəş açıblar

Çin hərbçiləri ABŞ-ın C-130 hərbi nəqliyyat təyyarəsini lazer silahı ilə atəşə tutublar.

“AzeriDefence”nin “Kokpit.aero”ya istinadən verdiyi xəbərə görə, C-130 hərbi nəqliyyat təyyarəsi ABŞ-ın Cibutidə yerləşən Camp Lemonnier bazasına eniş zamanı yaxınlıqdakı Çin bazasından lazer silahı ilə atəşə məruz qalıb.

Nəticədə lazer silah təyyarə komandirirni və ikinci pilotu yaralayıb. Pentaqon Çin hərbçilərinin ABŞ təyyarəsinə zərər yetirdiyini və heyəti yaraladığını təsdiq edib və hadisə ilə bağlı Çindən bir açıqlama vermələrini tələb edib.

Qeyd edək ki, Çin regiondakı logistik əməliyyata nəzarət etmək üçün 2017-ci ildə Cibutidə hərbi baza açıb.

KATEQORIYA:
Bu xəbəri paylaş