Çin J-15S təyyarəsinin uçuş sınaqlarına başladı
Çinin Shenyang Aircraft Corporation (SAC) şirkətinin istehsal etdiyi J-15S ikiyerli göyərtə qırıcısı uçuş sınaqlarına başlayıb. Bu barədə “AzeriDefence” Çin saytlarına istinadən məlumat verib.
Təyyarə SAC-ın Şenyangda (Lyaonin əyaləti) yerləşən aerodromunda yerinə yetirilib. Uçuş təxminən 10 dəqiqə davam edib. Ekspertlər nəticələrə əsasən, J-15S-in istehsala hazır olduğunu bildiriblər.
J-15S göyərtə qırıcısı Rusiya Su-33 təyyarəsinin kopyası hesab olunur.
Qeyd edək ki, Rusiya Çinə Su-33 satmaqdan imtina edib. Buna səbəb olaraq, Çinin Su-27 təyyarəsini J-11 adı ilə qeyri-leqal istehsal etməsi göstərilib. Bundan sonra, 2001-ci ildə Çin Ukraynadan Su-33 təyyarəsini əldə edib.
KATEQORIYA: Aerospace