Çin J-31 stels təyyarəsinin ikinci prototipinin sınaqlarını keçirir

Çində J-31 adlı yeni stels döyüş təyyarəsinin ikinci prototipinin uçuşları başlayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Ən müasir avionika ilə təchiz olunmuş yeni təyyarə AVIC Shenyang Aircraft Corporation (SAC) tərəfindən istehsal edilib.

SAC yeni nəsil yüngül qırıcı təyyarəni ilk növbədə ixracat üçün hazırlayıb.

J-31 təyyarəsinin istehsalı AVİC tərəfindən, bilavasitə dövlət iştirakı olmadan, şirkətin öz vəsaitləri hesabına aparılır.

Qeyd edək ki, J-31 döyüş təyyarəsinin ilk uçuş prototipi 2012-ci ilin oktyabrında həyata keçirilib.

Təyyarənin uzunluğu 16,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 11,5 metr, hündürlüyü isə 4,8 metrdir.

KATEQORIYA:
Bu xəbəri paylaş