Çin Mi-2A helikopterlərin istehsal edəcək

Çində Rusiyanın Mi-2A helekopterlərini istehsal edəcək müəssisənin tikintisinə dair razılaşma əldə olunub. “AzeriDefence”nin “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda razılaşma Rusiyaya məxsus “Rostvertol” ilə Çinin “Siao” aviasiya istehsalı şirkəti arasında əldə edilib.

Müəssisənin inşasına bu ilin iyulunda Pekinin yaxınlığında Pinçyuan vilayətinin Xebey bölgəsində başlanacaq.

Çinlə razılaşmaya əsasən yeni müəssisədə il ərzində 100 ədəd Mi-2A markalı helekopter quraşdırılacaq. İlkin investisiya xərci 224 milyon ABŞ dollarıdır. Zavod həmçinin Asiya üzrə Rusiya helekopterlərinin təmir-bərpası müəssisəsi kimi də fəaliyyət göstərəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş