Çin müdafiə sənayesi sektorunda həyata keçirəcəyi layihələrin sayını açıqlayıb

Çin hökuməti ilk dəfə olaraq müdafiə sənayesi sektoru ilə bağlı maliyyə xərclərinə dair bəzi informasiyaları açıqlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatna görə, informasiyada Çinin yaxın illər ərzində həyata keçirəcəyi müdafiə sənayesi layihələri və onların maliyyə smetası öz əksini tapıb.

Buna qədər məxfi sayılan və hazırda açıqlanan məlumata görə, Çin yaxın illər ərzində 800 adda layihənin həyata keçirilməsi üzərində işləyir. Bu layihələrin ümumilikdə dəyəri 3,7 milyard yuandır (552,7 milyon dollar).

Qərb ekspertlərinin fikrincə isə Çinin açıqladığı bu rəqəmlər həqiqəti əks etdirmir. Onlar belə hesab edirlər ki,  real xərclər və layihələr daha çoxdur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş