Çin Ordusu PL-10 raketlərini silahlanmaya alır
Çin Hərbi Hava Qüvvələri yaxın zamanlarda hava döyüşləri üçün nəzərdə tutulan PL-10 raketlərini silahlanmaya qəbul edəcək.
“AzeriDefence”nin məlumatına görə, raketlər J-20 və J-10 döyüş təyyarələrinə inteqrasiya olunub.
“Luoyang Electro-Optical Research Institute” tərəfindən yaradılan raketin çəkisi 89 kq, uzunluğu 3 m, atəş məsafəsi isə 20 km-dir.
Raket istehsalı 7 il çəkib, 2013-cü ildə ilk nümunəsi yaradılıb.
KATEQORIYA: Sənaye