Çin Ordusu S-300 ZRK-lərlə təlim keçib

Çin Rusiya istehsalı olan S-300 zenit-raket kompleksləri (ZRK) ilə təlim keçirib.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumata görə, Çin Hərbi Hava Qüvvələri ölkənin şimal-qərbində “Blue Shield-2017” adlı təlimlər keçirib.

Təlimdə “Almaz-Antey” hava-kosmik müdafiəsi şirkətinin istehsalı olan S-300 PMU1 və S-300 PMU2 zenit-raket kompleksləri ilə şərti düşmən hədəflərinə qarşı atışlar həyata keçirilib.

S-300 ZRK mülki və hərbi obyektləri orta mənzilli balistik raketlər, qanadlı raketlər, strateji və taktiki döyüş təyyarələrinin hücumlarından müdafiə üçün nəzərdə tutulub.

Mobil və yüksək manevr qabiliyyətinə malik olan sistem atışdan sonra sürətlə yer dəyişdirə və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilə bilir. 3 km-dən 200 km-ə qədər effektiv atış mənzili olan sistemin maksimum yüksəkliyi isə 27 000 metrdir.

KATEQORIYA:
Bu xəbəri paylaş