Çin Ordusu yeni 155 mm-lik özüyeriyən haubitsalarla silahlanıb

Çin Ordusu yeni 155 mm-lik özüyeriyən haubitsalarla silahlanıb

Çin Xalq Qurtuluş Ordusunun Quru Qoşunlarının (PLAGF) silahlanmasına yeni qəbul edilən 155 mm-lik PLC-181 özüyeriyən haubitsalar nümayiş etdirilib.

“AzeriDefence”nin məlumatın görə, PLC-181 özüyeriyən haubitsaların görüntüləri CCTV 7 dövlət televiziyasında yaımlanıb.

“Norinco” şirkəti tərəfindən istehsal olunan və ixrac təyinatı SH-15 olan özüyeriyən haubitsanın döyüş ağırlığı 25 ton təşkil edir. Yeni haubitsa avtomatlaşdırılmış sistemin sayəsində hər 4-6 saniyədən bir atəş aça bilir.

PLC-181 yarı avtomatik sursat yükləmə sistemi, o cümlədən rəqəmsal idarəetmə sistemi ilə təchiz edilib. 6×6 təkər formuluna malik maşının şassisi üzərində qurulan haubitsanın kabinəsində sürücü daxil 6 heyət daşına bilir.

Yeni haubitsa ilə bağlı əlavə məlumat verilməyib. Video görüntülərdən göründüyü qədər ən azı 15 ədəd PLC-181 özüyeriyən haubitsa ordunun silahlanmasına verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş