Çin Ordusunda döyüşçü meymunlardan ibarət dəstə yaradılıb

Çin Ordusunun xüsusi təyinatlıları əməliyyatlarda döyüşçü meymunlardan istifadə edəcək.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Çinin dövlət televiziyası yayıb.

Xəbərdə bildirilib ki, Çin Ordusu döyüşçü meymunlardan ibarət bölmə yaradıb.

Bu meymunlar hərbi aviasiya bazalarının, hava qüvvələrinə məxsus aerodromları kənar müdaxilələrdən qoruyacaqlar.

Patrul xidməti həyata keçirəcək döyüşçü meymunların imkanlarından hava limanları üçün təhlükə yaradan quşların qovulmasında da istifadə ediləcək.

Meymunlar 20 metr hündürlüyə dırmana bilirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş