Çin Pakistana VT-4 tankının çatdırılmasına başlayıb

Çin Pakistana VT-4 tankının çatdırılmasına başlayıb

Çin Pakistan Silahlı Qüvvələrinə MBT-3000 adıyla tanınan VT-4 əsas döyüş tankının çatdırılmasına başlayıb.

Bu barədə “AzeriDefence” “Defence-blog”a istinadən məlumat verib.

Çinin NORİNCO korporasiyasının istehsalı olan VT-4 tankı bundan əvvəl Pakistanda sınaqdan keçirilib. Pakistan Ordusu sınaqdan uğurla keçən tankı silahlanmaya qəbul etmək qərarına gəlib.

2019-cu ildə İDEAS sərgisi çərçivəsində Pakistan ilə NORİNCO korporasiyası arasında VT-4 tankının tədarükünə dair müqavilə imzalanıb.

VT-4 tankı Pakistan Ordusunun silahlanmasında yer alan “Al-Khalid” (T-80UD) və MBT-2000 tanklarından fəqrqli olaraq daha güclü, 1300 at gücündə su soyumalı dizel mühərriklə təchiz edilib. Tankın maksimal surəti 75 km/saat, gediş ehtiyatı 500 kilometr, döyüş ağırlığı 51 ton təşkil edir. Tankın silahlanmasına 125 mm-lik yivsiz avtomatik top, həmçinin onunla birləşdirilmiş 7,62 mm-lik pulemyot daxildir.

Döyüş komplekti 38 sursatdan ibarətdir. MBT-3000 tankı müxtəlif zirehdeşən sursatlardan, 5000 m məsafədəki hədəflərə tank əleyhinə idarəolunan raketdən atəş aça bilir. Tankın qülləsinin üzərində 12,7 mm-lik distans idarə etməli pulemyot qurulub. Tankın korpusu və qülləsi qaynaq olunmuş poladdan istehsal edilib. Ön səthdə müdafiəni təmin etmək üçün kompozit materiallardan istifadə olunub. Tankın özünümüdafiə sistemi qüllə üzərində quraşdırılan 12 qurğulu sistemdən ibarətdir. Bu qurğuya 8×76 mm-lik tüstü qumbarası və 4×76 mm-lik qəlpəli mərmi daxildir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş