Çin şirkəti Qazaxıstana raket gəmisi tikəcək – FOTO

Çin şirkəti Qazaxıstana raket gəmisi inşası təklifi ilə çıxış edib. “AzeriDefence”nin xəbərinə görə, yanvarın 23-də Astanada Çinə məxsus bir şirkət Qazaxıstanın “Kazspeseksport” şirkəti və Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə Çin tərəfi birgə şirkətin yaradılması, həmçinin buraxılacaq məhsullar barədə məlumat verib, raket gəmisinin layihəsinin təqdimatını keçirib.

Danışıqlarda raket gəmisinin əsas xarakteristikaları və döyüş imkanları, habelə müxtəlif təyinatlı gəmilərin tikintisi məsələləri müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş