Çin şirkətindən yeni MRAP

Çinin “Poly Technologyes” şirkəti yeni minaya qaşı qorumalı nəqliyyat vasitəsini (MRAP) hazırlayıb. “AzeriDefence”nin məlumatına görə, CS/VP3 adlı MRAP 15 ton çəkiyə malikdir.

Ənənəvi V formalı korpusa malik MRAP korpus altında 8 kq TNT, təkərin altında isə 16 kq TNT təsirinə qarşı, polad zirehi 7.62 mm çaplı güllələrə qarşı effektiv müdafiə edir.

Dizel mühərriki ilə hərəkətə gətirilən CS/VP3 100 km/saat sürətlə, bir dəfədə 800 km mısafə qət edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş