Çin Sudana JL-9 təyyarəsinin ilk ixracını həyata keçirib

Çin JL-9 (FTC-2000 AJT) təyyarələrinin ilk ixracını Sudan Hərbi Hava Qüvvələrinə edib.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, iyunun 5-də GAİC (Guizhou Aviasiya Sənayesi Korporasiyası) şirkətinin müəssisəsində Çinin Sudan Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi təlim-döyüş təyyarəsi nümayiş etdirilib.

Hərbi təlim təyyarəsi JL-9 “Shaying” Çinin GAİC aviasiya müəssisəsi tərəfindən istehsal edilir. Bu təyyarə əslində JJ-7 nəslinin J-7 (Çin istehsalı olan MiQ-21) təlim-döyüş qırıcısının yenilənmiş versiyasıdır.

JL-9 təyyarəsinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün seriyalı buraxılışı 2011-ci ildən aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş