Çin Türkmənistana HQ-9 zenit-raket komplekslərini sata bilər
Çinin CPMİEC korporasiyası Türkmənistanın Müdafiə Nazirliyi ilə uzaq mənzilli zenit-raket kompleksinin alğı-satqısına dair danışıqlar aparır.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Fransadan yayımlanan “Intelligence Online” saytı məlumat yayıb.
Hazırda tərəflər “Hong Qi-9” (HQ-9) ZRK-nın çatdırılmasına dair danışıqları davam etdirirlər. Hansı ki bu ZRK 2013-cü ildə Türkiyənin elan etdiyi tenderə təqdim olunub.
Qeyd edək ki, hazırda Çin Mərkəzi Asiya ölkələrinin müdafiə bazarında yer almaqdadır. Bir il əvvəl Çin Özbəkistana pilotsuz zərbə aparatlarının satışını reallaşdırıb.
KATEQORIYA: Aerospace