Çin unikal döyüş təyyarəsini nümayiş etdirdi


Çin istehsalı olan J-11D döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə informasiyanı və təyyarənin uçuş vəziyyətində olan ilk şəklini Çinin “Sina” xəbər portalı yayıb.
Xəbərdə bildirilib ki, J-11D J-16-nın modifikasiyasında istehsal olunub. Mühəndislərin sözlərinə görə isə J-16 döyüş təyyarəsi Rusiya istehsalı olan Su-27-nin eskiz layihəsi və texnologiyası üzərində hazırlanıb.
J-11D əlavə olaraq, bort-radiolakasiya sistemi və havada yanacaqdoldurma imkanı, o cümlədən orta həcmli “hava-hava” PL-10 raketləri ilə də təchiz olunub.
Qeyd edək ki, Çin Su-27-nin bazasında döyüş təyyarələrinin istehsalına 1992-ci ildən başlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş