Çin VT-5 yüngül tankını tanıtdı

NORINCO şirkəti “China Airshow 2016” sərgisində yeni VT-5 yüngül tankını nümayiş etdirib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

İxrac bazarı üçün hazırlanan VT-5 tankı 1000 at gücündə dizel mühərriklə işləyir, 33-36 ton ağırlığında tankın gövdə və qülləsi qaynaqlı polad zirehələ təchiz edilib.

Şirkətin açıqlamasına görə, kompüterli atış nəzarət sistemi 3000 metr məsafədən sabit və ya hərəkət halında olan hədəfləri vurma dəqiqliyini yüksəldir.

Tankın əsas silahı termal örtüklü və 105 mm yivli topdur.

KATEQORIYA:
Bu xəbəri paylaş