Çin Yak-130-un kopiyasını nümayiş etdirdi – FOTOLAR

Çin ilk dəfə olaraq yeni istehsal etdiyi “Hongdu” JL-10 təlim-döyüş təyyarəsinin təqdimatını keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, təyyarənin eksport adı L-15 adlanır.

Çin Hərbi Hava Qüvvələrinin yaradılması gününə həsr olunan mərasimdə ictimaiyyətə təqdim olunan bu təyyarə maraqla qarşılanıb.

Təqdimatda bildirilib ki, təyyarə Ukrayna istehsalı olan Aİ-222K-25 mühərriki ilə təchiz olunub.
Təyyarənin döyüş radiusu 550 km-dir.

Mütəxəssislər təyyarəni Rusiya istehsalı olan Yak-130-a bənzədiblər.

5cin

4 cin

3cin

2cin

 

KATEQORIYA:
Bu xəbəri paylaş