Çin yeni 122 mm-lik YARS nümayiş etdirib

Çin yeni 122 mm-lik YARS nümayiş etdirib

Çin Ordusunun silahlanmasında yeni 122 mm-lik yaylım atəşli reaktiv sistem (YARS) nümayiş etdirilib.

“AzeriDefence”nin “Armyrecognition”a istinadən verdiyi xəbərə görə, yeni YARS PHZ-11 tırtıllı nəqliyyat vasitəsinin üzərinə inteqrasiya olunub.

Silahlı qüvvələrin təlimləri çərçivəsində atışları keçirilən 122 mm-lik PHZ-11 YARS ordunun silahlanmasında yer alan 122 mm-lik SR4 YARS-ın təkmilləşdirilmiş versiyasıdır.

Çin hərbi mənbələrinə görə, 155 mm-lik PLZ-05 özüyeriyən haubitsa və PGZ-09 özüyeriyən zenit-top kompleksi də eyni şassidən istifadə edir.

PHZ-11 nəqliyyat vasitəsinin dizaynı ABŞ istehsalı olan M-270 maşınının bənzəri hesab edilir.

YARS-ın heyəti üç nəfərdir. Bütün atış əməliyyatları heyətin zirehli kabinəsinin içərisindən həyata keçirilə bilər. Nəqliyyat vasitəsi LNS yerüstü naviqasiya sistemi və FCS atış nəzarət sistemi ilə təchiz edilib.

PHZ-11 yaylım atəşli reaktiv sistemin atış uzaqlığı müxtəlif döyüş başlıqlı 122 mm çaplı raketlərlə 15 km-dən 30 km-ə qədərdir.

KATEQORIYA:
Bu xəbəri paylaş