Çin yeni insansız suüstü kəşfiyyat aparatı yaradıb

Çinin “Yunzhou-Tech” şirkəti M80B indeksli yeni insansız suüstü kəşfiyyat aparatı yaradıb.

“AzeriDefence”nin “Janes” nəşrinə istinadən verdiyi xəbərə görə, yeni M80B aparatı Sindao şəhərində keçirilən Okean Elmləri və Texnologiyaları sərgisində nümayiş olunub.

M80B elmi tədqiqat, dəniz təhlükəsizliyi və dəniz əməliyyatlarında potensial imkanlara malikdir. Trimaran əsasında hazırlanan M80B suüstü aparatın ümumi uzunluğu 5.65 metr təşkil edir.

150 kq ağırlığı olan M80B aparatı təxminən 1,4 ton yük götürmə qabiliyyətinə sahibdir.

M80B dəniz patrul radar sistemi olan çoxfunksiyalı aktiv sensorla təchiz olunub. Bu da aparata böyük məsafələrdə kəşfiyyat və müşahidə aparmaq imkanı verir.  İnsansız suüstü aparat portativ idarəetmə stansiyasından idarə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş