Çin yeni qitələrarası ballistik raketini gələn il silahlanmaya qəbul edəcək

Çinin “Dongfeng-41” (DF-41) indeksi verilmiş yeni qitələrarsı ballistik raketi 2018-ci ildə Silahlı Qüvvələrin invertarına daxil ediləcək.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, DF-41 (NATO kod adı CSS-X-10) balistik raketi qatı yanacaqla işləyən mühərriklə təchiz edilib.

10 ədəd nüvə döyüş başlığı daşımaq qabiliyyətində olan qitələrarsı ballistik raket 12 min kilometr mənzilə sahibdir.

Qeyd edək ki, Çin ötən il aprelin 12-də DF-41 nüvə başlıqlı ballistik raketin sınaqlarını keçirib. Çin hökuməti Cənubi Çin dənizi yaxınlığından buraxılan raketin sınaqlarının uğurla nəticələndiyini bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş