Çin yeni silahlı PUA-nı nümayiş etdirib

Çinin “Aviation Industry Corporation of China (AVIC)” şirkəti “Airshow China 2016” sərgisində yeni pilotsuz uçuş aparatını (PUA) nümayiş  etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, silahlı müşahidə və kəşfiyyat, nəzarət və müşahidə olmaq üzrə iki fərqli konfiqurasiyası olan yeni PUA-nın uzunluğu 9 m, hündürlüyü isə 3,66 m-dir.

“Cloud Shadow” adı verilən PUA Çin istehsalı olan WP11C turboreaktiv mühərriki ilə təchiz olunub.

Qanadının altında altı ədəd asqı nöqtəsinə sahib silahlı konfiqurasiya CASIC şirkətinin istehsalı olan AG-300 / M “hava – səth” tipli raket, FT-7 idarə olunan yüksək dəqiqlikli raket və NORINCO şirkətinin istehsalı olan “Blue Arrow-21” “hava – səth” tipli raketlərlə silahlandırılıb. Platforma bu konfiqurasyada 550 km/saat sürətə sahibdir.

Platformanın kəşfiyyat, nəzarət və müşahidə konfiqurasiyası isə gövdənin altına yerləşdirilmiş elektro-optik və infraqırmızı kameraları birləşdirən kompleksdən ibarətdir. Daha kompakt olan bu sistem vasitəsi ilə atışdan sonra hədəfi yüksək keyfiyyətlə izləmək və mobil hədəfləri məhv etmək mümkündür. Hər iki variantda SAR radarı mövcuddur.

cloud-sha_1477996324

0EmwLm3suh

China-Cloud-Shadow-01-China-Internet

cloud_shadow

KATEQORIYA:
Bu xəbəri paylaş