
Çin yeni Z-8L nəqliyyat helikopterini təqdim edib
Çin CAIC (“Changhe Aircraft Industries Corporation”) şirkəti tərəfindən yeni hazırlanan Z-8L nəqliyyat helikopterini təqdim edib.
Azeri Defence saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, müasir texnologiya ilə hazırlanan Z-8L Çin Silahlı Qüvvələrinin inventarında yer alan nəqliyyat helikopterlərindən daha yüksək imkanlara malikdir.
Üç ədəd WS-6 turboşaft mühərriki ilə təchiz edilən helikopterin uçuş çəkisi 15 tondur. Z-8L helikopterlərindən hava nəqliyyatı ilə yanaşı hücum əməliyyatları, axtarış-xilasetmə və digər missiyalarda istifadə ediləcəyi nəzərdə tutulub.
KATEQORIYA: Xəbərlər