Çin yeni zenit raket kompleksini nümayişə çıxardıb

Çin yeni zenit raket kompleksini (ZRK) nümayiş etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Airshow China 2016” sərgisində nümayişə çıxarılan yeni ZRK-nın adı HQ-22-dir.

HQ-22 orta mənzillidir və istənilən hava şəraitində hədəfi məhv etmək imkanına malikdir.

Kompleksin zenit raketinin atəş məsafəsi – uzunluğu 150-170 km, uçuş hündürlüyü isə 50-dən 27000 metrə qədərdir.

HQ-22 bir neçə iş rejimində çalışa bilir.

Kompleksin ixrac üçün olan variantı isə FK-3 adlanır. Bu variantın atəş məsafəsi 5 km-dən 100 km-ə qədərdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş