Çin Z-10 döyüş helikopterlərin təlim uçuşlarını keçirib

Çin Hərbi Hava Qüvvələri Z-10 döyüş helikopterlərinin təlim uçuşlarını həyata keçirib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktybarın 25-də keçirilən təlim uçuşları zamanı Z-10 döyüş helikopterlərinin qabiliyyətləri yoxlanılıb.  Çin səmasında uğurlu uçuşlar həyata keçiri Z-10 yüksək performans nümayiş etdirib.

Çinin “Changhe Aircraft Industries Corporation (CAIC)” şirkəti tərəfindən istehsal olunan Z-10 dünyanın ən güclü 10 döyüş helikopteri siyahına daxil edilir. Əsasən tank əleyhinə döyüş missiyaları üçün nəzərdə tutulan Z-10 helikopteri “hava-hava” döyüş qabiliyyətinə də malikdir.

Helikopterin çəkisi 5500 kq, heyəti 2 nəfərdir. 1531 at gücündə mühərrikə sahib Z-10-un maksimum sürəti 300 km/saat, gediş ehtiyyatı 800 km, uçuş hündürlüyü 6000 metr təşkil edir. İki ədəd avtomatik top və raketlərlə silahlandırılan helikopter yarım tona yaxın sursat daşıya bilir.

Z-10 döyüş helikopterləri Çin ilə yanaşı Pakistan Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş