Çin Z-10 hücum helikopterlərini BA-21 raketilə silahlandırıb

Çin Z-10 hücum helikopterlərini BA-21 raketilə silahlandırıb

Çinin Z-10 hücum helikopterləri yeni “Blue Arrow-21” (BA-21) “hava-səth” tipli raketlərlə silahlandırılıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Çinin CCTV 13 dövlət televiziyası məlumat yayıb.

Görüntülərdən göründüyü qədər Çin Xalq Qurtuluş Ordusu Quru Qoşunlarının (PLAGF) aviasiya bölmələri Z-10 helikopterinə inteqrasiya olunan “Blue Arrow-21” raketlərilə atış sınaqları keçirib.

NORINCO şirkətinin istehsalı olan BA-21 raketi ilk dəfə Çinin Zhuhai şəhərində keçirilmiş “Airshow China-2016” sərgisində nümayiş etdirilib. Raket AVIC şirkəti tərəfindən hazırlanan “Cloud Shadow” adlı PUA üzərində təqdim olunub.

Yarı aktiv lazer axtarıcı (SAL) vasitəsi ilə hədəfə yönələn BA-21 idarə olunan raket təxminən 18 km atış uzaqlığına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş