Çində fərqli dizaynlı yeni döyüş maşını yaradılıb – FOTO

Çinin müdafiə sənayesi kompleksinin yeni yaratdığı piyadaların döyüş maşınının görüntüləri yayılıb.

“AzeriDefence”nin defence-blog.com-a istinadən verdiyi məlumatına görə, yeni texnikanın adı və xüsusiyyətləri haqda əhatəli şəkildə məlumat verilməsə də görüntülərdən bəlli olur ki, maşın 40 mm-lik topla silahlandırılıb.

Bundan başqa maşının mühərrik və transmissiyasının ayrıca platformada yer aldığı və korpusun ön sağ hissəsində olması ehtimal edilir.

Mütəxəssislərin sözlərinə görə, bu PDM yeni nəsil maşını hesab oluna bilər.


 

KATEQORIYA:
Bu xəbəri paylaş